EN

Baş nazir: Gürcüstanda qarışıqlığa yol verilməyəcək

TBİLİSİ, 12 sentyabr. TELEQRAF

“Gürcüstanda qarışıqlığa yol verilməyəcək və bu istiqamətdə istənilən cəhdə cavabımız maksimal səviyyədə sərt olacaq”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Gürcüstanda müxalifət tamamilə zəifləyib, ümidsiz vəziyyətdədir və belə bir vaxtda istənilən təxribatlar mümkündür.

Baş nazir Ukraynadan Gürcüstana göndərilən partlayıcı maddələrlə bağlı işin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən tam araşdırılacağını qeyd edib.

“İstənilən bu cür fakt tam araşdırılmalıdır. Biz Gürcüstanda kimin qarışıqlıq yaratmaq, ölkəyə zərər vurmaq istədiyini müəyyən etməliyik”, - İ.Kobaxidze söyləyib.

Chosen
22
3
teleqraf.com

4Sources