EN

ABŞ: Avropa bir il ərzində Rusiyadan qaz asılılığını azalda bilər

Avropa İttifaqı 6–12 ay ərzində Rusiya qazından imtina edərək onu ABŞ-dan idxal olunan mayeləşdirilmiş təbii qazla əvəz edə bilər.

Editor.az xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri, prezident Donald Trampın xüsusi nümayəndəsi Kris Rayt Reuters agentliyinə müsahibəsində bildirib.

“Düşünürəm ki, bunu 12 ay ərzində, hətta 6 ay ərzində belə asanlıqla həyata keçirmək olar”, — deyə Rayt qeyd edib.

Nazir bunun hansı hesablamalara əsaslandığını açıqlamayıb.

//Samir Qurbanov, Editor.az

Chosen
23
editor.az

1Sources