EN

Bu yolda hərəkət məhdudlaşdırılır

Bakı şəhər Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinin A.A.Bakıxanov küçəsindən B.Bağırov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

XəzərNews.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, məhdudlaşdırılma 13 sentyabr saat 08:00-dan 14 sentyabr 22:00-dək qüvvədə olacaq.

Qeyd olunub ki, buna səbəb sözügedən yol sahəsində təmir işlərinin aparılmasıdır.

Sürücülərdən hərəkətlərini öncədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

Xəbər 4 dəfə oxunub.
Chosen
37
9
xezernews.az

10Sources