Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi veb-saytına girişdə problemlər yaranıb.
Sitat.info xəbər verir ki, bu barədə Müsavat.com məlumat yayıb.
QMİ-dən verilən açıqlamada fakt təsdiqlənib və saytın haker hücumuna məruz qaldığı bildirilib.
Qeyd olunub ki, bu səbəbdən texniki yenilənmə işləri aparılır və sayt müvəqqəti olaraq bağlanıb:
“Yenilənmə prosesi başa çatdıqdan sonra sayt yenidən fəaliyyətə başlayacaq. Hazırda QMİ-yə dair ən son məlumatlar və xəbərlər (https://caucasus-muslims.org/az ), (https://caucasus-muslims.org/az ) saytında yerləşdirilir”.