AZ

QMİ-nin saytına haker HÜCUMU oldu

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi veb-saytına girişdə problemlər yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə Müsavat.com məlumat yayıb.

QMİ-dən verilən açıqlamada fakt təsdiqlənib və saytın haker hücumuna məruz qaldığı bildirilib.

Qeyd olunub ki, bu səbəbdən texniki yenilənmə işləri aparılır və sayt müvəqqəti olaraq bağlanıb:

“Yenilənmə prosesi başa çatdıqdan sonra sayt yenidən fəaliyyətə başlayacaq. Hazırda QMİ-yə dair ən son məlumatlar və xəbərlər (//caucasus-muslims.org/az ), (//caucasus-muslims.org/az ) saytında yerləşdirilir”.

Bizim.Media

Seçilən
1
4
bizim.media

6Mənbələr