EN

ADY: Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır

Xırdalan şəhərinin M-1 Bakı−Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə Xırdalan-Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşasına başlanacaq.

"Azərbaycan Dəmir Yolları" QSC-dən   verilən məlumata görə, bu səbəbdən Xırdalan-Sumqayıt-Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq, qatarlar Bakı-Biləcəri-Xırdalan-Bakı xətti ilə hərəkət edəcək.

Bununla əlaqədar olaraq, sərnişin tələbatını təmin etmək məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlar 15 sentyabr 2025-ci il tarixindən yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.

Yeni hərəkət cədvəlinə əsasən, iş günləri Abşeron dairəvi marşrutu üzrə reyslərin sayı 92 reysdən 104 reysə çatdırılacaq. Belə ki, Bakı-Xırdalan və Xırdalan-Bakı xətləri üzrə reyslərin sayı iş günləri 36-dan 40-a, Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə isə 56-dan 64-ə artırılacaq.

Bakı-Xırdalan və Xırdalan-Bakı xətləri üzrə reyslərin sayı qeyri-iş günləri isə 16-dan 22-yə çatdırılacaq, Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə 34 reys yerinə yetiriləcək.

Bu dəyişikliklər həm də sərnişinlər üçün əlavə imkanlar yaradır. Belə ki, Xırdalan və Biləcəri sakinləri üçün Bakı-Xırdalan-Bakı xətti üzrə əlavə reyslərin təşkil olunması sərnişinlərin bu istiqamətdə gündəlik gediş-gəlişini asanlaşdıracaq. Eyni zamanda, Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə reyslərin artırılması sərnişinlər üçün daha çox rahatlıq və seçim imkanı yaradacaq.

Ümumilikdə bu dəyişikliklərin sərnişin daşımalarında 10%-lik artıma səbəb olacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
21
26
olaylar.az

10Sources