"Kəpəz" klubu heyətini hücumçu ilə gücləndirib.
Bu barədə Redaktor.az-a klubun mətbuat xidmətindən bildirlib.
"Sarı-göylər" "Turan Tovuz"un 19 yaşlı hücumçusu Sadiq Şəfiyevi mövsümün sonuna kimi icarəyə götürüb.
Gəncə futbol məktəbinin yetirməsi olan Şəfiyev 2020-2021-ci illərdə və ötən mövsümün 2-ci hissəsində də "Kəpəz"in formasını geyinib.
Qeyd edək ki, S.Şəfiyev aşağı yaş qrupları üzrə millilərin şərəfini qoruyub.