"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.
"Football-plus.az" xəbər verir ki, "sarı-göylər" Sadiq Şəfiyevi heyətinə qatıb.
"Turan Tovuz"un 19 yaşlı hücumçusu mövsümün sonuna kimi icarəyə götürülüb. Gəncə futbol məktəbinin yetirməsi olan Şəfiyev 2020-2021-ci illər və ötən mövsümün 2-ci hissəsini "Kəpəz"də keçirib.
Qeyd edək ki, Sadiq Şəfiyev aşağı yaş qrupları üzrə milli komandaların şərəfini qoruyub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta