Xalq artisti Sərdar Fərəcov Mərkəzi Neftçilər Xəstəxanasının Kardiologiya şöbəsinə köçürülüb, hazırda müalicəsi palata şəraitində davam etdirilir.
KONKRET.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd edək ki, kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunan xalq artistinin vəziyyəti orta ağırdır.