"Xalq artisti Sərdar Fərəcov Mərkəzi Neftçilər Xəstəxanasının Kardiologiya şöbəsinə köçürülüb, hazırda palata şəraitində müalicəsi davam etdirilir".
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
"Qeyd edək ki, kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunan Xalq artistinin vəziyyəti hazırda orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilib.