EN

Birinci Qarabağ müharibəsi şəhidi Abdullayev Cəlal Xankişi oğlu Qobustan qəsəbəsində dəfn olunub

Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Abdullayev Cəlal Xankişi oğlunun meyitinin qalıqları bu gün şəhidin yaşadığı Qaradağ rayon Qobustan qəsəbəsinə gətirilərək dəfn olunub...

Poliqon xəbər verir ki, Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Abdullayev Cəlal Xankişi oğlunun meyitinin qalıqları bu gün şəhidin yaşadığı Qaradağ rayon Qobustan qəsəbəsinə gətirilərək dəfn olunub.

Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, Qaradağ Rayon Polis İdarəsinin Rəisi, Qaradağ Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Qaradağ Rayon Prokuroru, Məhkəmə sədri, şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid Qaradağ rayonu, Qobustan qəsəbəsində dəfn edilib.

Qeyd edək ki, Abdullayev Cəlal Xankişi oğlu 1971-ci il avqust ayının 24-də Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonu istiqamətindəki hərbi əməliyyatlarda iştirak edib və 1993-cü il mart ayının 29-da Kəlbəcər rayonunun Çərəktar kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.

Şəhid ailələrinin üzvləri şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Şəhidlərimizlə qürur duyur onlara Allahdan rəhmət, ailələrinə səbir diləyirik.

Poliqon.info

Chosen
15
poliqon.info

1Sources