EN

Bazarda məhsulların qiyməti bahalaşacaq İLGİNC SƏBƏBLƏR KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda davam edən yağıntılı və küləkli hava şəraiti bəzi bölgələrdə leysan xarakterli intensiv yağışlara və doluya səbəb olub. Bəs, yağan yağışların bazara çıxacaq məhsulun həcminə təsir göstərməsi qiymət artımına səbəb ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, belə hava şəraiti birbaşa bazara təsir edir:

“Güclü yağış, dolu və külək kənd təsərrüfatı məhsullarına ziyan vurur. Bu, həm məhsuldarlığın azalmasına, həm də keyfiyyətin aşağı düşməsinə səbəb olur. Nəticədə zərər görən məhsul bazara çıxmır və ya daha az həcmdə çıxır. Təklif azalanda bazarda defisit yaranır”.Ekspertin sözlərinə görə, təklifin azalması qiymət artımını qaçılmaz edir:

“Əgər tələbat eyni qalır, amma bazara çıxan məhsulun həcmi azalırsa, qiymətlər avtomatik yüksəlir. Bu, xüsusilə tez xarab olan tərəvəz və meyvələrdə daha tez hiss olunur”.

Akif Nəsirli əlavə edib ki, daxildəki itkini idxal yolu ilə qismən kompensasiya etmək mümkündür, lakin bu da əlavə xərc və logistik risklər yaratdığı üçün qiymətlərin yüksək qalmasına səbəb olar:

“Əgər yağıntı və dolu lokal xarakter daşıyıbsa, qiymət artımı daha çox həmin bölgənin məhsullarında hiss olunacaq. Amma ölkə üzrə geniş təsir göstəribsə, bazarda ümumi artım daha güclü ola bilər”.

İqtisadçı vurğulayıb ki, kənd təsərrüfatına ciddi ziyan vuran yağıntı və dolu məhsul qıtlığı yarada və qiymət artımını qaçılmaz edər.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
1
konkret.az

2Sources