EN

3800 il əvvələ aid şəhər tapıldı - İnsanlar quraqlıqda necə sağ qalıblar?

Arxeoloqlar Limadan 180 km şimalda yerləşən Suxe səhralıq vadisində təxminən 3800 illik Pəniko şəhərini aşkar ediblər.

Kulis.az Lent.az- a istinadən xəbər verir ki, bu şəhər alimlərin Amerikanın ən qədim sivilizasiyası hesab etdiyi qədim Karal mədəniyyətinə aid olub. Kəşf 2025-ci ilin iyul ayında, artıq otuz ildən çoxdur ki, bu regionu araşdıran arxeoloq, doktor Rut Şedi tərəfindən edilib.

Pənikonun kəşfi insanların iqlim böhranına necə uyğunlaşdıqlarına dair yeni sübutlar verir. Təxminən 4000 il əvvəl region 130 il davam edən quraqlıq dövrü yaşayıb və bu, bir çox yaşayış məntəqələrinin dağılmasına səbəb olub.

Qeyd edək ki, Sivilizasiya e.ə. 3000-ci ildən e.ə. 1800-cü ilə qədər mövcud olub.

Chosen
27
kulis.az

1Sources