EN

Tramp: ABŞ-ın Putinə qarşı səbrinin sonu yaxınlaşır

ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun Rusiya lideri Vladimir Putinə qarşı səbrinin “tezliklə tükəndiyini” düşünür.

Editor.az xəbər verir ki, bu barədə o, Fox News telekanalına müsahibəsində deyib.

Trampdan Polşaya yönəlmiş Rusiya pilotsuz uçuş aparatlarının hücumu ilə bağlı şərh istənilib və soruşulub ki, Putinə qarşı səbrinin tükənib-tükənmədiyi. Prezident cavabında deyib: “Bəli, səbrim tükənir, və tez tükənir. Amma tango üçün iki nəfər lazımdır.

Bu təəccüblüdür: Putin sülh danışıqlarına başlamaq istəyəndə Zelenski bunu etmirdi. Zelenski istəyəndə isə Putin etmirdi. İndi Zelenski hazırdır, Putin isə — sual işarəsi olaraq qalır”.

//Samir Qurbanov, Editor.az

Chosen
21
editor.az

1Sources