EN

Fransada ŞOK: 100-dən çox deputat Makrona qarşı HƏRƏKƏTƏ KEÇDİ

Fransada 104 parlamentari ölkə prezidenti Emmanuel Makronun vəzifədən uzaqlaşdırılması təklifini imzalayıb.

Musavat.com xəbər verir ki, bu barədə solçu “İtaətsiz Fransa” partiyasının parlament fraksiyasının rəhbəri Matilda Pano "X" sosial şəbəkəsində yazıb.

“104 parlamentar “İtaətsiz Fransa” hərəkatından, dəniz ərazilərini təmsil edən deputatlar, ekoloqlar və kommunist partiyaların nümayəndələri Prezidentin vəzifədən azad olunması təklifini imzalayıblar”, - deyə o bildirib.

O, növbəti paylaşımında bildirib ki, deputatlar Emmanuel Makronu “iki seçim qarşısında qoyublar: istefa və ya impiçment”.

Musavat.com

Chosen
14
musavat.com

1Sources