Misli Premyer Liqası 1 həftəlik fasilədən bu gün geri qayıdır.

Offsideplus.az xəbər verir ki, IV turun açılış matçında "Kəpəz" "Araz-Naxçıvan"ı qəbul edəcək.

"Kəpəz" ilk 3 turda xal qazana bilməyib. Naxçıvan təmsilçisinin aktivində isə 7 xal var.

Tərəflər arasında ötən mövsüm keçirilən 4 görüşün 2-də "Araz-Naxçıvan" qələbə qazanıb, 2-si isə heç-heçə başa çatıb.

Misli Premyer Liqası, IV tur

12 sentyabr (cümə)

17:45. "Kəpəz” - “Araz-Naxçıvan” 0:1 (İkinci hissə)

Qol: Slavik Alxasov, 65.

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Qəbələ şəhər stadionu