EN

“Kəpəz” “Turan Tovuz”un futbolçusunu transfer etdi

"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.

Bizim.Media xəbər verir ki, "sarı-göylər" Sadiq Şəfiyevi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Turan Tovuz"un 19 yaşlı hücumçusu mövsümün sonuna kimi icarəyə götürülüb. Gəncə futbol məktəbinin yetirməsi olan Şəfiyev 2020-2021-ci illər və ötən mövsümün 2-ci hissəsini "Kəpəz"də keçirib.

Sadiq Şəfiyev aşağı yaş qrupları üzrə milli komandaların şərəfini qoruyub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
8
10
bizim.media

10Sources