EN

Məktəb müəllimlərin çoxu repetitorluqla məşğuldur Təhsil eksperti

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Bu gün yuxarısı siniflərdə təhsil alan şagirdlər məktəbə yox, repetitor yanına gedir. Nəticədə  repetitor xidməti məktəb təhsilini zəiflədir. Şagirdlərin məktəbə yox, repetitor yanına getməsi məktəb sistemindəki keyfiyyət çatışmazlıqları ilə bağlıdır”.

Bunu təhsil eksperti Kamran Əsədov 525.az-a söyləyib. O qeyd edib ki, bu gün məktəb müəllimlərinin çoxu əlavə gəlir əldə etmək üçün repetitorluqla məşğuldur. Məktəbdə, dərs müddətində tədrisə, şagirdlərə biliyin verilməsinə o qədər də ciddi yanaşmır. Bütün enerjisini, potensialını repetitorluğa yönəldir. Bu isə məktəbdə verilən biliklərin səmərəliliyinə olan inamı sarsıdır. Nəticədə də repetitorluğa tələb artır:

“Hesab edirəm ki, repetitor fəaliyyəti lisenziyalaşdırılmalı və təhsil siyasətinə inteqrasiya edilməlidir. Bu zaman repetitorluq formal təhsil sisteminə dəstək verən tənzimlənmiş mexanizmə çevrilər".

Sevinc QARAYEVA 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
525.az

1Sources