EN

Metroda qatarlararası interval endirilirVİDEO

Metroda qatarlararası interval 1 dəqiqə 45 saniyəyə endirilir. Bu dəyişiklik sentybarın 15-dən tətbiq ediləcək.

Xezerxeber.az-ın məlumatına görə, "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, payız-qış hərəkət qrafikinə əsasən, metropoliten tarixində ilk dəfə pik saatlarda qatarlar arasında interval bu qədər az olacaq.

Bununla da 34 cüt qatarla hərəkət sxeminə keçid sərnişindaşıma potensialını əhəmiyyətli dərəcədə arıtıracaq. Pik saatların ümumi müddəti ərzində, yəni təxminən 4,5 saatda 28 min 800 sərnişinin daşınması mümkün olacaq. 1 dəqiqə 45 saniyəlik interval yalnız iş günlərində səhər və axşam pik saatlarda olacaq. Səhər saat 07:00-07:30 aralığında interval 1 dəqiqə 52 saniyə, 09:30-10:00 aralığında isə 2 dəqiqə təşkil edəcək. Axşam 19:30-20:00 aralığında isə interval 2 dəqiqəyə qədər saxlanılacaq.

Metropoliten rəsmisi Emil Əhmədov onu da əlavə edib ki, sərnişinlərin ödəniş üsulu imkanlarını artırmaq üçün də işlər görülür. Dəqiq tarix bəlli olmasa da, gedişhaqqının üztanıma texnologiyası ilə ödənməsi də tətbiq olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



 

 

Chosen
26
xezerxeber.az

1Sources