EN

ABŞ-də Çarli Kirkin qatili saxlanıldı - FOTO

Yuta ştatının qubernatoru Spenser Koks amerikalı mühafizəkar fəal Çarli Kirkin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını təsdiqləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, saxlanılan şəxsin adı Tayler Robinsondur.

Məlumata görə, qətl hadisəsi ilə bağlı istintaq davam edir və cinayətdə iştirak edən bütün şəxslərin axtarışı aparılır.

16:46

Amerikalı mühafizəkar fəal Çarli Kirkin qətlində şübhəli bilinən şəxs, çox güman ki, həbsdədir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.

"Çox ehtimal ki, o, indi həbsdədir. Son iki gün yarım ərzində çox iş görülüb. Şübhəli şəxsə çox yaxın olan biri onun barəsində məlumat verib... Ümid edirəm ki, ona ölüm cəzası təyin olunacaq", - deyə Tramp vurğulayıb.

Prezident əlavə edib ki, şübhəlinin əlbirlərinin olduğuna dair hələ heç bir sübut yoxdur.

Xatırladaq ki, sentyabrın 10-da 31 yaşlı Çarli Kirk Yuta Universitetində çıxış edərkən güllələnib. Fəal aldığı yaralardan xəstəxanada dünyasını dəyişib. Kirk Donald Trampın sadiq tərəfdarı kimi tanınırdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
41
22
milli.az

10Sources