EN

Bu sürücülər Aeroportdan müştəri götürməyə davam edəcək – “Bolt”dan AÇIQLAMA - FOTO

Son günlər sosal şəbəkələrdə “London taksi”lərindən başqa hansısa taksi şirkətinin avtomobillərinə hava limanı ərazisindən müştəri götürməyə icazə verilməməsi ilə bağlı iddialar yayılıb. Mövzu ilə əlaqədar hətta bəzi şəbəkəlrədəki səhifələrdə hansısa şirkətdən bununla əlaqəli skrinşotlar da paylaşılıb. Bildirilib ki, hətta “Bolt” şirkətinin belə avtomobillərinə bu, qadağan edilib. Məsələyə aydınlıq gətirmək üçün “Bolt” şirkətinə sorğu ünvanladıq. Şirkətdən sorğumuza cavab olaraq bildirildi ki, “Bolt” hava limanı ərazisində yeni taksi qaydaları ilə fəaliyyətini davam etdirir:

“Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində taksi xidmətləri yalnız müasir tələblərə cavab verən və qanunvericiliyə tam uyğunlaşdırılmış yeni avtomobillərlə həyata keçiriləcək.

 

Bu məqsədlə “Bolt” tətbiqində hava limanına aid ayrıca sifariş kateqoriyası istifadəyə verilib. Aeroportdan sifariş edən sərnişinlərə rahat və komfortlu maşınlarla, həmçinin xarici dil bilən sürücülərin iştirakı ilə yüksək səviyyədə xidmət göstəriləcək.

Fəaliyyətə yalnız texniki və tibbi yoxlamalardan keçmiş, etibarlı taksi parklarına daxil olan avtomobillər və sürücülər buraxılacaq.

Qeyd edək ki, şəhərdən hava limanı istiqamətində taksi sifarişinə hər hansı məhdudiyyət tətbiq edilmir”.

Səfər

Chosen
23
1
avtosfer.az

2Sources