Qadınlar arasında 3x3 basketbol üzrə Azərbaycan milli komandası ilk dəfə "Women’s Series Final"da mübarizə aparacaq.
Offsideplus.az xəbər verir ki, yığmamız Şanxayda mövsümün ən güclü komandalarının toplaşdığı final mərhələsində çıxış edəcək. Qızlarımız 13 sentyabr saat 11:25-də Kanada, 13:25-də Niderland U-25, 16:55-də "Rapid Buxarest" komandaları ilə üz-üzə gələcək.
Görüşlər "FIBA3x3" yutub kanalında canlı yayımlanacaq.