BAKI, 12 sentyabr. TELEQRAF
NATO Şərq qanadında hava hücumundan müdafiə (HİM) sistemlərini zəiflədib və bir sıra sistemləri Ukraynaya verib.
Teleqraf xəbər verir ki, bu barədə "Wall Street Journal"(WSJ) nəşri məlumat yayıb.
Bu da NATO-nun potensialının azalmasına səbəb olub.
NATO-nun Baş katibi Mark Rutte alyansın şərq cinahda təhlükəsizliyi gücləndirmək üçün yaxın günlərdə "Şərq gözətçisi" əməliyyatına başlayacağını bildirib. Əməliyyatda bir sıra alyansa üzv dövlətlər, o cümlədən Danimarka, Fransa, Böyük Britaniya və Almaniya iştirak edəcəklər.