EN

Zelenski: “Ukrayna müharibənin dayandırılması naminə Rusiyaya ərazi güzəştləri etməyəcək”

“Ukrayna müharibənin dayandırılması naminə Rusiyaya ərazi güzəştləri etməyəcək. Onsuzda bu, heç bir halda Putini dayandırmayacaq”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Viktor Pinçukun Fondu tərəfindən təşkil edilən “YES 2025” İllik Konfransında bəyan edib.

Zelenski Çinə təsir mexanizmlərinin axtarılmasına dair çağırış edib ki, Pekin müharibənin başa çatdırılması üçün Rusiyaya öz təsirindən istifadə etsin: “Biz elə bir yol tapmalıyıq ki, Çinə təsir göstərərək və onların Rusiyaya qarşı təsir imkanlarını müharibənin bitməsi naminə işə salaq”.

Ukrayna lideri Rusiyanın təcridini təzyiqin əsas alətlərindən biri adlandırıb və sanksiyaların, həmçinin tariflərin gücləndirilməsinə çağırıb. \\Bizim.media

Chosen
31
2
hurriyyet.az

10Sources