EN

İsraildən bu ölkəyə hücum: SEPAH komandiri öldürüldü

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Livanın cənubunda İsrailin aviahücumu zamanı İranın SEPAH qüvvələrinə bağlı İmam Hüseyn Briqadasının komandiri Vəsim Səid Cəbəi öldürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “IRNA” məlumat yayıb.  Məlumatlara görə, Vəsim Səid Cəbəi həm SEPAH-ın Qüds Qanadı ilə əlaqəli idi, həm də Hizbullahın komandirlərindən biri kimi tanınırdı.

Qeyd edək ki, İmam Hüseyn Briqadası SEPAH-ın Qüds Qanadı tərəfindən “Müqavimət Cəbhəsi”ni gücləndirmək və regionda yarımhərbi əməliyyatlar aparmaq məqsədilə fəaliyyət göstərən qrupdur.

Hücumun nəticəsi olaraq regiondakı gərginlik yenidən yüksəlib və tərəflər arasında qarşıdurma riski artıb.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
1
globalinfo.az

2Sources