Hücumun nəticəsi olaraq regiondakı gərginlik yenidən yüksəlib və tərəflər arasında qarşıdurma riski artıb.
Ajans.az xəbər verir ki, bu barədə “IRNA” məlumat yayıb. Məlumatlara görə, Vəsim Səid Cəbəi həm SEPAH-ın Qüds Qanadı ilə əlaqəli idi, həm də Hizbullahın komandirlərindən biri kimi tanınırdı. Qeyd edək ki, İmam Hüseyn Briqadası SEPAH-ın Qüds Qanadı tərəfindən “Müqavimət Cəbhəsi”ni gücləndirmək və regionda yarımhərbi əməliyyatlar aparmaq məqsədilə fəaliyyət göstərən qrupdur.