EN

NATO “Şərq Keşikçisi” əməliyyatına başlayır

NATO Rusiyaya məxsus dronların Polşanın hava məkanına pozmasına cavab olaraq “Şərq Keşikçisi” əməliyyatına başlayacaq.

Publika.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte və Avropada Müttəfiq Qüvvələrin Ali Baş Komandanı (SACEUR) general Aleksus Qrinkeviç birgə mətbuat konfransında açıqlayıblar.

Onlar əməliyyatın məqsədinin NATO-nun şərq cinahının gücləndirilməsi olduğunu bildiriblər. Yaxın günlərdə start götürəcək əməliyyata müttəfiqlərin müxtəlif hərbi vasitələri cəlb olunacaq və ənənəvi imkanlarla yanaşı, yeni texnologiyalardan da istifadə ediləcək. Buraya xüsusən dronlarla bağlı təhlükələrin qarşısını almağa yönəlmiş sistemlər də daxildir.

Chosen
36
5
publika.az

10Sources