Ajans.az xəbər verir ki, siyasətçilərin sammitdə iştirakını Malayziyanın baş naziri Ənvər İbrahim təsdiqləyib.
Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası(ASEAN) 1967-ci ildən mövcuddur və regionun 10 ölkəsini əhatə edir: Bruney, Vyetnam, İndoneziya , Kamboca , Laos , Malayziya, Myanma , Sinqapur, Tayland və Filippin. Təşkilatın məqsədləri iqtisadi artımı sürətləndirmək, mədəni sahədə əməkdaşlıq qurmaq və sosial tərəqqiyə nail olmaqdır. Bu ilin əvvəlindən Malayziya ASEAN-a sədrlik edir.