EN

Basketbol üzrə Türkiyə millisi Avropa çempionatının finalına vəsiqə qazanıb

Bakı, 13 sentyabr, AZƏRTAC

Kişi basketbolçular arasında Avropa çempionatında ikinci finalçı bəlli olub.

AZƏRTAC xəbər verir ki, yarımfinalda Yunanıstan və Türkiyə yığmaları üz-üzə gəlib. Görüş "ay-ulduzlular"ın 94:68 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha əvvəl Almaniya Finlandiyanı 98:86 hesabı ilə məğlub edərək həlledici mərhələyə vəsiqə qazanıb.

Avropa çempionunu müəyyənləşdirəcək final və üçüncülük görüşləri sentyabrın 14-də baş tutacaq.

Chosen
29
3
azertag.az

4Sources