EN

Putin Trampla bir araya gələcək Bu tarixdə

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin, ABŞ lideri Donald Tramp və Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Çianq oktyabr ayında Malayziyanın paytaxtı Kuala-Lumpurda keçiriləcək Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammitində iştirak edəcəklər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bernama” agentliyi məlumat yayıb.

Malayziyanın baş naziri Anvar İbrahim bildirib ki, tədbirə həmçinin Braziliya Prezidenti Luiz Inasio Lula da Silva və Cənubi Afrika Respublikasının lideri Siril Ramafosa da qatılacaq.

Xatırladaq ki, bundan əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov Putin və Tramp arasında son danışıqların çətin keçdiyini açıqlamışdı. Onun sözlərinə görə, liderlər hər biri öz ölkəsinin milli maraqlarını qətiyyətlə müdafiə edib.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
48
1
globalinfo.az

2Sources