EN

Misir İsraili hədələdi: “Qahirədə HƏMAS liderlərinə hücum olsa, güclə cavab veriləcək”

Musavat.com xəbər verir ki, Misir hakimiyyəti İsrailin HƏMAS liderlərini Qahirədə hədəfə almaq planlarını ifşa edib və sərt xəbərdarlıqla çıxış edib.

Bu barədə məlumatı Middle East Eye yayıb.

Məlumata görə, əldə olunan kəşfiyyat sənədləri İsrailin bir müddətdir ki, Qahirədəki HƏMAS rəhbərlərini qətlə yetirmək üçün gizli hazırlıq gördüyünü göstərir. Misir təhlükəsizlik qüvvələrində yüksək vəzifə tutan mənbə bildirib ki, son iki il ərzində atəşkəs danışıqları zamanı belə bir cəhdin qarşısı alınmışdı.

Qahirə rəsmiləri vurğulayıblar ki, İsrail tərəfindən Misir ərazisində istənilən hücum ölkənin suverenliyinin kobud şəkildə pozulması demək olacaq və buna "güclə cavab veriləcək".

Ekspertlər bu açıqlamanın İsrail-Misir münasibətlərində gərginliyi kəskin artıracağı qənaətindədirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
24
1
olaylar.az

10Sources