EN

Bundesliqa: “Bayer” yeni baş məşqçinin rəhbərliyi ilə ilk oyunda “Ayntraxt”ı məğlub edib

Bundesliqanın üçüncü turuna Leverkuzenin "Bayer" və Frankfurtun "Ayntraxt" klublarının qarşılaşması ilə start verilib.

AZƏRTAC xəbər verir ki, Leverkuzen təmsilçisi yeni baş məşqçi Kasper Hyulmandın rəhbərliyi altında meydana çıxdığı ilk oyunda 3:1 hesabı ilə qələbə qazanıb.

Ev sahibləri görüşün 10-cu dəqiqəsində Aleks Qrimaldonun qolu ilə hesabı açıblar. Leverkuzenlilər 45+4-cü dəqiqədə Patrik Şikin 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməsi ilə hesab arasındakı fərqi artırıblar. Matçın 52-ci dəqiqəsində Frankfurt təmsilçisi Can Uzunun sayəsində hesab arasındakı fərqi minimuma endirib - 2:1. Qonaqlar görüşün 59-cu dəqiqəsində "Bayer"in heyətində Riçard Andrixin, 90+2-ci dəqiqədə isə Ezeqiel Fernandesin qırmızı vərəqə alaraq meydandan qovulmasından da yararlana bilməyiblər.

Ev sahibləri meydanda sayca azlıqda qalmalarına baxmayaraq, görüşdə son nöqtəni qoyublar. Oyunun əsas vaxtına əlavə olunmuş hissədə (90+8) A.Qrimaldo özünün ikinci, komandasının üçüncü qolunu rəqib qapısından keçirib - 3:1.

Beləliklə, ilk iki oyunda bir qələbə, bir heç-heçə edən "Bayer" aktivinə üç xal yazdıra bilib. "Ayntraxt" isə iki qələbədən sonra meydanı xalsız tərk edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
59
3
olaylar.az

4Sources