İsrail bu addıma qarşı çıxır, Vaşinqton isə belə tanınmanın HƏMAS-ı gücləndirəcəyini bildirir.
Ajans.az Reuters-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən məlumata görə, Rubio İsraildə Vaşinqton və Təl-Əvivin ortaq hədəflərini müzakirə edəcək. Buraya HƏMAS-ın Qəzzaya rəhbərlik etmək cəhdlərinin qarşısının alınması və girovların azad olunması aiddir. Qeyd edək ki, Rubionun səfəri bu ay BMT-də keçiriləcək yüksək səviyyəli toplantılardan öncəyə təsadüf edir. Verilən məlumata görə, Fransa və Britaniya da daxil olmaqla bir sıra ölkələrin Fələstin dövlətini tanıyacağı gözlənilir.