EN

Rusiyada sunami təhlükəsi elan edilib

Bakı. Trend:

Kamçatkada 6,3 bal gücündə baş verən zəlzələdən sonra sunamitəhlükəsi elan olunub.

Trend xəbər verirki, bu barədə vilayət qubernatoru Vladimir Solodov Teleqramkanalında məlumat yayıb.

Təkanlar regional paytaxtda 4–6 bal gücündə hiss edilib.Xüsusilə Xalaktırski çimərliyi və sahilyanı ərazilərə səfərdəehtiyatlı olmaq tövsiyə olunub.

Regional Fövqəladə Hallar Nazirliyi isə əlavə edib ki,hündürlüyü 120 sm-dən çox olmayan sunami dalğasının Mayaçnı burnuvə Xalaktırski çimərliyi istiqamətində yaxınlaşacağıgözlənilir.

Zəlzələ Petropavlovsk-Kamçatskidən 123 km aralıda, 46,8 kmdərinlikdə qeydə alınıb.

Chosen
26
3
az.trend.az

10Sources