EN

Pentaqon Çinə qarşı gizli silahlara milyardlarla dollar ayırdı

BAKI, 13 sentyabr. TELEQRAF

Pentaqon Çini çəkindirmək məqsədilə SHOTCALLER proqramı çərçivəsində 25 gizli silahın hazırlanmasına 10,8 milyard dollardan çox vəsait ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə qurumun sənədlərində deyilir.

Məlumata görə, qeyd olunan proqrama daxil olan “Advanced Innovative Technologies” təşəbbüsü artıq 2026-cı ildə 1,16 milyard dollar alacaq. Bu, proqramın ən böyük hissəsidir.

Bildirilir ki, SHOTCALLER proqramı uzaqmənzilli silahların yaradılmasına və kosmik, aviasiya və dəniz sistemlərindən əldə edilən məlumatların birləşdirilməsinə yönəlib.

Chosen
15
teleqraf.com

1Sources