EN

Qonşu ölkədə bələdiyyə əməliyyatı: Onlarla saxlanılan var

Türkiyədə bələdiyyə sədri korrupsiya ittihamı ilə saxlanılıb.

News24.az xəbər verir ki, korrupsiya istintaqı çərçivəsində İstanbulun Bayrampaşa rayonunun bələdiyyə sədri Həsən Mutlu həbs olunub.

Məlumata görə, əməliyyat zamanı bələdiyyə sədri ilə yanaşı daha 47 nəfər də saxlanılıb.

Xatırladaq ki, bir müddət əvvəl İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu da daxil olmaqla, Türkiyənin müxtəlif bölgələrində bir sıra bələdiyyə rəhbərləri korrupsiya və rüşvət ittihamları ilə saxlanılmışdı.


Chosen
127
14
news24.az

10Sources