EN

Ləğv prosesində olan nəqliyyat şirkətinin - ƏMLAKI BÖLÜNƏCƏK

15 oktyabr 2025-ci il saat 14.00-da  ləğv prosesində olan “Salyan Nəqliyyat” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq Salyan rayonunun, Aşağı Noxudlu kəndində baş tutacaq.

Növbədənkənar ümumi yığıncağın gündəliyi: 1

. Ləğv prosesində olan “Salyan Nəqliyyat” ASC-nin ləğvetmə balansının və qalıq əmlakının iştirakçılar arasında bölünməsi planının təsdiq edilməsi.

Ləğv prosesində olan “Salyan Nəqliyyat” ASC-nin təsviyəçisi.

Chosen
22
1
fed.az

2Sources