EN

Qlobal smartfon bazarı 2025-ci ilin II rübündə 4,8% artıb

2025-ci ilin ikinci rübündə dünya smartfon bazarında artım qeydə alınıb.

Bu barədə “TrendForce” analitik agentliyi məlumat yayıb.

Tədarüklər əvvəlki rüblə müqayisədə 4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,8% artaraq 300 milyon ədədə çatıb.

Artımın əsas lokomotivi yerli istehsalçıların – “Xiaomi”, “Oppo”, “Transsion” və “Vivo”nun tədarükləri artırdığı Çin bazarı olub. Bununla yanaşı, tədarükləri müvafiq olaraq 5% və 9% azalsa da, “Samsung” (19%) və “Apple” (15%) bazar payına görə lider mövqelərini qoruyub.

Analitiklərin fikrincə, Çin brendlərinin yüksəlişi hökumətin subsidiyalaşdırılmış smartfon proqramı ilə bağlıdır, lakin bu təsirin qarşıdakı rüblərdə zəifləyəcəyi gözlənilir.

Samsung-un satışlarına flaqman modellərinə marağın azalması mənfi təsir göstərib. “Apple” isə sərfəli “iPhone 16e” modeli sayəsində Çində mövqeyini gücləndirib.

Ümumilikdə, altı ən böyük smartfon istehsalçısı dünya bazarının 80%-nə nəzarət edir.

MənbəTREND
Chosen
5
1
banker.az

2Sources