Madrid “Real”ının futbolçusu Antonio Rüdiger sosial şəbəkə hesabında paylaşım edib.
İdman.biz xəbər verir ki, mərkəz müdafiəçisi Antonio Rüdiger sol ayağının bud əzələsində (düz əzələ) aldığı zədəyə görə uzun müddət “Kral klubunun” heyətindən kənarda qalacağını açıqlayıb.
Rüdiger bildirib ki, Allah yolun asan olacağını vəd etməyib: "O dedi ki, mən səbr edənlərin yanındayam”.
Cari mövsümdə alman futbolçu cəmi bir oyunda iştirak edib. Ötən mövsümdə isə o, bütün turnirlərdə 55 matça çıxaraq 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
Müdafiəçinin klubla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Transfermarkt oyunçunun bazar dəyərini 20 milyon avro civarında qiymətləndirir.
Qeyd edək ki, 32 yaşlı futbolçunun təxminən üç ay meydana çıxa bilməyəcəyi barədə mətbuatda xəbərlər yazılmışdı.
İdman.biz