"Səda TV" "YouTube" kanalının aparıcısı, jurnalist Elnur Şükürov azadlığa buraxılıb.
Â
Üçillik həbs cəzası bu gün başa çatan E.Şükürov saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.
Â
Qeyd edək ki, Elnur Şükürov 2022-ci il sentyabrın 12-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Şükürov dörd il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlasa da, Ali Məhkəmə cəzanı üç ilə endirmişdi.
Â
Elnur Şükürova Cinayət Məcəlləsinin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülmüşdü.
Â
Oxu.az
Tarix: 13 Sentyabr 2025, 09:57Â Â Â