Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Abşeron dairəvi dəmiryolu marşrutu üzrə hərəkət edən qatarları sərnişin tələbatını təminetmək məqsədilə 15 sentyabr 2025-ci il tarixindən yenilənmişhərəkət cədvəli ilə xidmət göstərəcək.
Trendxəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, yeni hərəkət cədvəlinə əsasən, iş günləri Abşerondairəvi marşrutu üzrə reyslərin sayı 92-dən 104-ə çatdırılacaq.Belə ki, Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayıiş günləri 36-dan 40-a, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə56-dan 64-dək artırılacaq. Qeyri-iş günləri isə Bakı–Xırdalan vəXırdalan–Bakı xətləri üzrə reyslərin sayı 16-dan 22-yəçatdırılacaq, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə 34 reys yerinəyetiriləcək.
Bu dəyişikliklər həm də sərnişinlər üçün əlavə imkanlar yaradır.Belə ki, Xırdalan və Biləcəri sakinləri üçün Bakı–Xırdalan vəXırdalan–Bakı xətləri üzrə əlavə reyslərin təşkili sərnişinlərin buistiqamətdə gündəlik gediş-gəlişini asanlaşdıracaq. Eyni zamanda,Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin artırılmasısərnişinlər üçün daha çox rahatlıq və seçim imkanı yaradacaq.