EN

Birinci Liqa: 2-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 2-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, növbəti turun görüşləri də üç günü əhatə edəcək.

Xatırladaq ki, yeni mövsümün ilk turuna bu gün keçiriləcək bir oyunla yekun vurulacaq.

Birinci Liqa
2-ci tur

17 sentyabr

“Cəbrayıl” – “Mingəçevir”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

18 sentyabr

“Zaqatala” – “Şəfa”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Difai” – “Səbail”
Ağsu şəhər stadionu, 16:00.

“Şahdağ Qusar” – “Baku Sportinq”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

19 sentyabr

“Şimal” – MOİK
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

error: Məzmun qorunur!
Chosen
30
10
arena.az

10Sources