AZ

Liqa 1: Marsel “Olimpik”i “Loryan”ı xalsız yola saldı

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 4-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda Marsel “Olimpik”i doğma meydanda “Loryan”la üz-üzə gəlib. Meydan sahibləri bu oyunda 4 cavabsız qolla qalib gəliblər.

4-cü turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
4-cü tur

12 sentyabr

Olimpik (Marsel) – Loryan 4:0
Qollar: Qrinvud, 13-pen. Pavar, 20. A.Qomes, 33. Ager, 90+4.

13 sentyabr

19:00. Nitsa – Nant
23:05. Oser – Monako

14 sentyabr

17:00. Lill – Tuluza
19:15. Brest – Paris
19:15. Mets – Anje
19:15. PSJ – Lans
19:15. Strasburq – Havr
22:45. Renn – Olimpik (Lion)

error: Məzmun qorunur!
Seçilən
3
13
arena.az

10Mənbələr