Yuta ştatında mühafizəkar fəal, faşist Rusiyasını idarə edən qatil diktator Vladimir Putinin tərəfdarı Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onu ölüm cəzası və ya ömürlük həbs gözləyir. Bu barədə RBC Ukraina The Washington Post-a istinadən xəbər verir.
Mühafizəkar fəal Çarli Kirkin qətlində şübhəli bilinən şəxs zaminə buraxılmadan həbs edilib. Həbs prezident Donald Trampın 31 yaşlı tərəfdarının Solt Leyk Sitidən təxminən 35 mil cənubda yerləşən Oremdəki Utah Valley Universitetinin kampusunda güllələnərək öldürülməsindən iki gün sonra baş verib.
Səlahiyyətlilərə görə, 22 yaşlı Yuta sakini Tayler Ceyms Robinson ailə üzvünə qətli etiraf edib. Onun etirafı qohumunun ailə dostuna deməsindən sonra məlum olub və o, məlumatı hüquq-mühafizə orqanlarına ötürüb. Utah qubernatoru Spenser Koks, şübhəlinin "təslim olduğunu" söylədi, bu barədə Vaşinqton dairəsinin şerif ofisinin sözçüsü serjant Lukas Alfred də məlumat verdi.
Robinson St George şəhərindəki Dixie Texniki Kollecində elektrik mühəndisliyi üzrə üçüncü kurs tələbəsi idi. O, ədalət mühakiməsinə mane olmaq və silahdan qanunsuz istifadədə ittiham olunur. Birinci ittiham üzrə təqsirli bilinərsə, məhkəmə ölüm və ya ömürlük həbs cəzası verə bilər.
Hüquq-mühafizə orqanları şübhəli şəxsdən ov tüfəngi götürüblər. Atılmış boş patronlar və istifadə edilməmiş güllələr üzərində “ey faşist!” sözləri yazılmışdır.
Qubernator Koks ABŞ-dakı mövcud siyasi atmosferi 1960-cı illərin gərgin hadisələri ilə müqayisə edərək, faşist dünyagörüşünə malik Kirkin qətlinin cəmiyyət üçün dönüş nöqtəsi ola biləcəyini bildirib. O qeyd edib: "Bu, bizim anımızdır. Biz gərginləşəcəyik, yoxsa çıxış yolu tapacağıq?" Siyasətçi vurğulayıb ki, o, hətta siyasi qütbləşmə şəraitində də sivil debat mədəniyyətinin saxlanmasının vacibliyində israrlıdır.
Xatırladaq ki, çərşənbə günü, sentyabrın 10-da tanınmış sağçı fəal faşist Rusiyasının tərəfdarı Çarli Kirk Utah Valley Universitetində debat zamanı güllələnib.
Əziz MUSTAFA