EN

Azərbaycan TDT dini liderlərinin VI toplantısında

Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının VI toplantısında iştirak etmək üçün sentyabrın 10-11-də Qırğızıstan Respublikasında səfərdə olub.

İclasda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, görüş iştirakçılarına Prezident İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb. Bildirib ki, Qırğız Respublikası ilə bizi müştərək dəyərlər bağlayır.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini-mənəvi dəyərlərə və türk kimliyinə daim sadiq qaldığını vurğulayan QMİ sədri bildirib ki, TDT məkanında müsəlman dini liderlərin birgə əməkdaşlığı, məşvərət və məsləhətləşmələri türk-İslam birliyinin güclənməsinə xidmət edir.

TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının VI iclasında Bişkekdə Fətva Şurasının iclasında müzakirə edilmiş sənədlər qəbul olunub. Şura üzvləri tərəfindən “İslamda ümmətin vəhdəti” adlı sənəd, “İqlim dəyişiklikləri ilə mücadilə, Ətraf mühitin qorunması və Ekoloji balansın qorunmasına dair beynəlxalq çağırış” imzalanıb. Şuranın növbəti iclasının Azərbaycanda keçiriləcəyi təsdiq və elan olunub.

***

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Bişkekə səfəri çərçivəsində Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşüb.

Prezident İlham Əliyevin salamlarını və xoş arzularını çatdıran şeyxülislam A.Paşazadə bildirib ki, Qırğız Respublikası ilə bizi qırılmaz tellər və müştərək dəyərlər bağlayır.

Şeyxülislam Prezident Sadır Japarovun rəhbərliyi ilə dini-mənəvi dəyərlərə xüsusi önəm verilən Qırğızıstanın ev sahibliyi etdiyi bu görüşün qardaş xalqlar arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. O, tədbirin təşkilinə görə Qırğız Prezidentinə təşəkkürünü bildirib.

Prezident Sadır Japarov isə səmimi salamlarını və ən xoş niyyətlərini Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
1
xalqqazeti.az

2Sources