Yəməndəki “Ənsar Allah” hərəkatı Tel-Əvivdə bir neçə hədəfə hipersəs ballistik raketi ilə zərbə endirdiyini açıqlayıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu üsyançıların silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariə bəyan edib.
Onun sözlərinə görə, “Fələstin-2” adlı ayrılan döyüş başlıqlı raket “Yafo” rayonundakı bir neçə hədəfi vurub. Hüseynçi “Al Masirah” telekanalında yayımlanan açıqlamada əməliyyatın uğurla başa çatdığı bildirilib.