EN

"28 May"dan "Nizami"yə metro işləməyəcək - Alternativ nəqliyyat necə olacaq?

Xatırladaq ki, bir müddət öncə "Cəfər Cabbarlı-Nizami" mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşasıyla əlaqədar "28 May" stansiyasından qatarların "Dərnəgül" istiqamətində hərəkətinə məhdudiyyət qoyulacağını xəbər vermişdik.

Buna görə də "Dərnəgül" - "Həzi Aslanov" xətti yalnız "Nizami" stansiyasına qədər fəaliyyət göstərəcək. Həmçinin "Həzi Aslanov" - "İçərişəhər" xətləri üzrə qatarlar "28 May" stansiyasında dayanmayacaq.
Tədris ilinin başlanmasıyla əlaqədar metrodan istifadə edənlərin sayı artdığı üçün ictimaiyyətə maraqlıdır ki, sözügedən inşaat işləri nə vaxt başlayacaq?

"Bakı Metropoliteni"nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, işlərin başlanması 2026-cı ilin əvvəlində nəzərdə tutulub. Ondan əvvəl isə hazırlıq işləri başlayacaq.

Bəs "Nizami"yə gedənlər üçün hansı imkanlar yaradılacaq?

Bəxtiyar Məmmədov qeyd edib ki, sərnişinlərin "Nizami" stansiyasına gedişi yerüstü formada təşkil olunacaq.

"Bu istiqamətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə intensiv iş aparılır. İnşaat işlərinin başlanmasına yaxın zamanda ictimaiyyətə məlumat veriləcək".

Bəzi fikirlərə görə, "Nizami"yə gediş üçün ödənişsiz avtobuslar təşkil oluna bilər. Bu iddialar doğrudur?
"Bu məsələlərin  ictimaiyyətə açıqlanacaq detalı hələki yoxdur. Yerüstü istiqamətdə imkanlar yaradılacaq", deyə qurum rəsmisi bildirib.
 

Chosen
39
11
day.az

10Sources