EN

İsraillə idman əməkdaşlığı

Azərbaycan və İsrail arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, nazir Fərid Qayıbov İsrailin fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszu qəbul edib. Qonağı salamlayan nazir onu ölkəmizdəki diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və İsrail arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, ikitərəfli əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Qabil YUSİFOĞLU 
XQ

Chosen
5
1
xalqqazeti.az

3Sources