EN

Husilər Təl-Əvivi görün hansı raketlə vurdu - 1 milyon israilli…

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının husiləri Təl-Əviv şəhərinə hipersəs ballistik raketlə zərbə endirdiklərini açıqlayıb.

Publika.az xəbər verir ki, hərəkatın hərbi sözçüsü Yəhya Məsirənin sözlərinə görə, hücum zamanı çoxlu döyüş başlığına malik “Fələstin-2” tipli raketdən istifadə olunub.

Onun iddiasına əsasən, raket Yaffa bölgəsindəki bir neçə strateji obyektə tuş gəlib və əməliyyat nəticəsində təxminən bir milyon israilli sığınacaqlara üz tutmağa məcbur qalıb.

Husilər 2023-cü ilin sonundan etibarən İsrailin Qəzzadakı hərbi əməliyyatlarına cavab olaraq bu ölkəyə yüzlərlə raket və pilotsuz uçuş aparatı ilə hücum həyata keçiriblər. İsrailin hava hücumundan müdafiə sistemləri zərbələrin böyük hissəsini dəf etsə də, bəziləri ölkə ərazisinə düşüb.

Chosen
13
publika.az

1Sources