EN

Ukraynanın müdafiə sənayesi zirehli texnika istehsalını əhəmiyyətli dərəcədə artırıb

2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalının başlanmasından bəri Ukraynanın müdafiə sənayesi zirehli texnika istehsalını əhəmiyyətli dərəcədə artırıb.

“Poliqon” “Defence Blog” nəşrinə istinadən xəbər verir ki, bu barədə “Ukrainian Armor” şirkətinin direktoru Vladislav Belbas açıqlama verib.

O bildirib ki, genişmiqyaslı işğalın başlanmasından bu günə qədər “Ukrainian Armor” şirkəti Ukrayna Müdafiə Qüvvələrinə 1000 ədəddən çox “Novator” zirehli maşını çatdırıb.

V.Belbas, “Novator” xəttinin son illərdə döyüş meydanındakı dəyişən tələblərə uyğun olaraq genişləndirildiyini vurğulayıb.

“Bu illər ərzində “Novator” ailəsinə yeni modellər qoşulub: “Novator-2” zirehli maşını, “Novator 2S” ambulansı, “Novator KShM” komanda-idarəetmə maşını, mina partlayışlarının zərərsizləşdirilməsi üçün “Novator”, gücləndirilmiş mühafizəyə malik təkmilləşdirilmiş “Novator” və ‘Novator-2 Kreçet””, – deyə direktor əlavə edib.

4×4 təkər formuluna malik “Novator”, şəxsi heyətin daşınması və çoxməqsədli tapşırıqlar üçün nəzərdə tutulmuş zirehli avtomobildir. Onun modul dizaynı tibbi təxliyə, komanda-idarəetmə və ya mina əleyhinə əməliyyatlara uyğunlaşdırılmasına imkan verir.

Chosen
25
poliqon.az

1Sources